Azərbaycan XİN: Ümid edirik ki, ÜAK-ın apellyasiya müraciətinə müvafiq qaydada baxılaraq məsələ müsbət həllini tapacaq

Azərbaycan XİN: Ümid edirik ki, ÜAK-ın apellyasiya müraciətinə müvafiq qaydada baxılaraq məsələ müsbət həllini tapacaq
# 18 may 2017 16:37 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirib.

APA-nın xəbərinə görə, H. Hacıyev deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciəti müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR