USAİD nümayəndəsi: “Azərbaycanla tərəfdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”

USAİD nümayəndəsi: “Azərbaycanla tərəfdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”
# 18 may 2017 17:24 (UTC +04:00)

USAID Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

O bildirib ki, ABŞ-ın 2018-ci il büdcəsi ilə bağlı ilkin layihə açıqlandıqdan sonra bəzi ölkələrə maliyyə yardımının azaldılması və ya kəsilməsi ilə bağlı şayiələr yayılıb: “Lakin ABŞ-da sistem belədir ki, istənilən büdcə layihəsi Konqres və Senatdan keçməlidir. Müəyyən vaxtdan sonra maliyyənin kəsilib-kəsilməyəcəyi dəqiqləşəcək. Bu müddətdə isə biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR