Azərbaycanda minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə minib

Azərbaycanda minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə minib
# 18 may 2017 17:30 (UTC +04:00)

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı proseduru dəyişib.


APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 may 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.


Bununla əlaqədar qanuna yeni maddə əlavə edilib. Beləliklə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək. Eyni zamanda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsinin hansı hallarda texniki baxışdan keçirilməyəcəyi də müəyyənləşdirilib. Bu zaman Azərbaycana ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxt əsas götürüləcək. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşqularının və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.

İstehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə nəfərdə tutulmuş müddətdə vaxtda texniki baxışdan keçirilmişdirsə, bu halda da nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR