Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib

Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib
# 19 may 2017 01:26 (UTC +04:00)

Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda sahibkarlarla görüşündə bildirib.

“ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə - onda sizə uğurlar diləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR