Hündürlüyə görə işləmək üçün əlverişli olmayan yaşayış məntəqələrinin siyahısı genişlənib

Hündürlüyə görə işləmək üçün əlverişli olmayan yaşayış məntəqələrinin siyahısı genişlənib
# 19 may 2017 06:13 (UTC +04:00)

Nazirlər Kabineti “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən hündürlüyü 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin siyahısına daxil edilib.

Goranboy rayonunun Erkeç, Mənəşli və Todan kəndləri, Quba rayonunun Afruca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, Ördüc və Xırt kəndləri, Göygöl rayonunun Quşçu kəndi, o cümlədən Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR