2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər olub.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib ki, onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri isə əcnəbidir.
Onun sözlərinə görə, qeydiyyata götürülən 107 Azərbaycan vətəndaşından 71-i kişi, 36-sı qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə 31 nəfər Azərbaycan vətəndaşı keçib. Həmin müddətdə İİV infeksiyasından 19 nəfər dünyasını dəyişib. 2017-cu ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma halları aşağıdakı kimi olub: “10 nəfər parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə, 39 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir".