Gürcüstan Azərbaycana avtomobil ixracını 62% artırıb

Gürcüstan Azərbaycana avtomobil ixracını 62% artırıb
# 19 may 2017 09:50 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 9 mln. 277,2 min dollar dəyərində 357 ədəd avtomobil gətirilib. Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.


Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 4 ayı ilə müqayisədə 137 ədəd və ya 62,3% çoxdur. Məbləğ baxımından isə bu rəqəm 2 mln. 181,9 min dollar və ya 30,75% çoxdur.


Qeyd edək ki, 2016-cı ilin 4 ayında Gürcüstandan Azərbaycana 7 mln. 95,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR