Hindistanda körpünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb

Hindistanda körpünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb
# 19 may 2017 11:38 (UTC +04:00)

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb.

APA-nın “russian.news.cn” saytına istinadən verdiyi məlumata görə, hadisə Cənubi Qoada baş verib.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib.

Yerli sakinlərin sözlərinə görə, körpü qəzalı vəziyyətdə idi və son 4 ildə onun üzərindən hərəkət etmək qadağan olunub. Çaya düşən şəxslərdən 14 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR