Azərbaycandan qaçaqmalçılıq yolu ilə 8 kq qızıl çıxaran dəstə üzvlərinin həbs müddəti uzadılıb

Azərbaycandan qaçaqmalçılıq yolu ilə 8 kq qızıl çıxaran dəstə üzvlərinin həbs müddəti uzadılıb
# 19 may 2017 14:21 (UTC +04:00)

Bu gün Səbail Rayon Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.

Qeyd edək ki, DTX İctimai əlaqələr şöbəsindən verilən xəbərə görə, 2016-cı ilin oktyabrın 27-28-də Astarada gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan vətəndaşları C. Cəfərov və A. Nəhmətov saxlanılıb.

Araşdırmalar nəticəsində əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Qanunsuz sexlərdə ölkədən qaçaq yolla çıxarılması üçün külçə halına salınmaqdan ötəri toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR