Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 19 may 2017 18:14 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncənin Hacıkənd qəsəbə sakini 1991-cı il təvəllüdlü Qurbanov Ruslan Qüdrət oğlu qarın və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. R.Qurbanovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR