Bərdə sakini döyülərək ağır xəsarətlər alıb

Bərdə sakini döyülərək ağır xəsarətlər alıb
# 19 may 2017 18:40 (UTC +04:00)

Bərdədə döyülmə faktı qeydə alınıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakini, 40 yaşlı Yusifov Elnur Şakir oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən E.Yusifov əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR