Türkiyənin baş naziri Gürcüstana səfər edəcək

Türkiyənin baş naziri Gürcüstana səfər edəcək
# 19 may 2017 19:49 (UTC +04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci konfransı keçiriləcək”, deyə səfir bildirib.

Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib və bildirib ki, üçtərəfli görüşdə hərbi sahədə əməkdaşlığa dair mühüm məsələlər müzakirə olunacaq.

Mayın 19-da Türkiyənin Gürcüstandakı səfirliyində Atatürkün anım günü keçirilib. Türkiyə səfiri Zeki Levent Gümrükçü tədbirdə çıxış edib, mayın 21-də Tiflisdə Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin 25 illiyini qeyd edəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR