Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb
# 19 may 2017 22:32 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 19-da Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 1 495 ədəd qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 19 064 kv.m (1.91 ha) ərazi tam təmizlənib, 28 100 kv.m (2.81 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR