Gəncədə yaşayış evi, Cəlilabadda obyekt yanıb

Gəncədə yaşayış evi, Cəlilabadda obyekt yanıb
# 20 may 2017 00:37 (UTC +04:00)

Bu gecə Gəncə və Cəlilabadda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 156 m2 olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 m2 sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR