FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməyə razılıq verib

FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməyə razılıq verib
# 20 may 2017 02:06 (UTC +04:00)

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ Senatının iclasında iştirak və çıxış etməyə razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə senat üzvü Riçard Berr məlumat verib.

“Ceyms Komi açıq dinləmələrdə çıxış etməyə razılıq verib. Senatın Kəşfiyyat üzrə komitəsi dinləmələrin tarixini mayın 29-dan sonra açıqlayacaq”, deyə R.Berr bildirib.

Bundan əvvəl Senatın Kəşfiyyat üzrə komitəsi C.Komini qapalı iclasa dəvət etsə də, sabiq FTB rəhbəri iclasda çıxış etməkdən imtina etmişdi.

Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini mayın 9-da prezident Trampın fərmanı ilə vəzifəsindən uzaqlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR