İndoneziyada bərədə yanğın baş verib, ölən və itkin düşənlər var

İndoneziyada bərədə yanğın baş verib, ölən və itkin düşənlər var
# 20 may 2017 05:33 (UTC +04:00)

İndoneziyada bərədə baş verən yanğın nəticəsində azı 3 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bərənin göyərtəsində 178 sərnişin olub.

Hazırda 91 nəfərin xilas edildiyi bildirilir. 84 nəfərin taleyi naməlum olaraq qalır. Yava adasından Borneo adasına üzən bərədə əmələ gələn yanğının səbəbləri hələ ki, məlum deyil.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR