Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”

Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”
# 22 may 2017 12:40 (UTC +04:00)

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”.

APA-nın məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısında çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O bildirib ki, təşkilat gələcək üçün qarşısında daha iddialı vəzifələr qoymalıdır.

“İlk növbədə üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına ehtiyac var. Bu məqsəd üçün çalışmalıyıq. Üzv ölkələr arsında ticarət dövriyyəsi pis olmasa da, potensialdan aşağıdır. Ötən il təşkilata üzv ölkələr arasında ümumi ticarət dövriyyəsinin azalması müşahidə edilib. Bunun səbəbləri araşdırmalıdır. Bu, bir tərəfdən xarici amillərdən, regiona investisiya yatırılmasının azalması faktorundan asılıdır. Biz ticarətin asanlaşdırılması istiqamətində çalışırıq. Rusiya bu məqsədlə bir neçə formatın hazırlanması istiqamətində işləyir. Biz digər regional iqtisadi təşkilatlarla əməkdaşlığı gücləndirməliyik”, - deyə D. Medvedev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR