"Saudi Aramco" neft hasilatına 300 mlrd. dollar yatıracaq

"Saudi Aramco" neft hasilatına 300 mlrd. dollar yatıracaq
# 10 iyul 2017 10:55 (UTC +04:00)

Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan "Saudi Aramco" yaxın 10 il ərzində neft hasilatına 300 mlrd. dollar investisiya yatırmağı planlaşdırır.

"APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru, prezidenti Amin Nasser bu gün İstanbulda keçirilən XXII Ümumdünya Neft Konqresində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şirkətin investisiyaları yalnız neft hasilatına deyil, həmçinin ehtiyatların artırılmasına, ənənəvi və qeyri-ənənəvi təbii qaz ehtiyatlarının kəşfiyyatına yönələcək.

A. Nasser əlavə edib ki, növbəti 10 il ərzində "Saudi Aramco" gündəlik qaz hasilatını ikiqat artıraraq 650 mln. kubmetrə çatdıracaq. Bunun sayəsində ölkədə elektrik enerjisinin təxminən 70%-i qaz hesabına istehsal ediləcək. A.Nasser qeyd edib ki, bu, G20 ölkələri arasında maksimal göstərici olacaq.


O həmçinin vurğulayıb ki, neft sənayesi hələ uzun illər energetika sadəsində əsas yeri tutacaq: "Çünki alternativ yanacaq mənbələrinə keçid uzun müddət və çətinliklər tələb edəcək olacaq".

"Saudi Aramco" 1933-cü ildə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR