Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər
# 11 iyul 2017 09:48 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər.

APA-nın “armenpress”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.

Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.

Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.

Lakin Rusiya mətbuatı nədənsə görüşün Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçirilə biləcəyi barədə məlumat yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR