İran neft-qaz hasilatını artırmaq üçün 140 mlrd. dollar investisiya yatıracaq

İran neft-qaz hasilatını artırmaq üçün 140 mlrd. dollar investisiya yatıracaq
# 11 iyul 2017 11:09 (UTC +04:00)

İranın neft-qaz sənayesinin inkişafı proqramı 2022-ci ilə qədər sutkalıq neft hasilatını 4,3 mln. barel, qaz hasilatını isə 1,3 mlrd. kubmetrə çatdırılmasına nail olmağı nəzərdə tutur.


"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Dünya Neft Konqresində İranın Dövlət Neft və Qaz Şirkətinin (NIOC) direktorunun inkişaf və layihələndirmə üzrə müavini Rəza Deqan bildirib.


Onun məlumatına görə, bu məqsədə çatmaq üçün 140 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 2/3-si xarici investisiyaların payına düşəcək.


Reallaşdırmağa planlaşdırılan layihələr üzrə ümumi neft ehtiyatları 284 mlrd. barel, qaz ehtiyatları isə 60 trln. kubfut təşkil edir.


OPEC tərəfindən dərc edilən məlumatlara görə, may ayında İran sutkada 3,795 mln. barel neft hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR