123 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişib

123 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişib
# 11 iyul 2017 12:02 (UTC +04:00)

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR