Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ nizamlanmasını müzakirə ediblər

Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ nizamlanmasını müzakirə ediblər
# 11 iyul 2017 15:01 (UTC +04:00)

Avstriyada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, nazirlər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində bir araya gəliblər.

Sergey Lavrovla Edvard Nalbandyan beynəlxalq və regional problemlərə toxunublar, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini müzakirə ediblər. Tərəflər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR