Həmsədrlər nazirlərin Brüssel görüşünün yekunları ilə bağlı bəyanat yayıb

Həmsədrlər nazirlərin Brüssel görüşünün yekunları ilə bağlı bəyanat yayıb
# 12 iyul 2017 10:18 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat yayıb.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti və Riçard Hoqland) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbaldyan ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı müzakirə olunub. Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Açıqlamada deyilir ki, nazirlərin görüşü zamanı təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. İki ölkə xarici işlər nazirləri bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq veriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR