Aİ nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox təhlükəlidir"

Aİ nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox təhlükəlidir"
# 12 iyul 2017 16:42 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi çox təhlükəlidir və Ermənistan və Azərbaycanın inkişafına maneə törədir".

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının "Şərq tərəfdaşlığı" məsələləri üzrə departamentinin rəhbəri Dirk Şubel deyib. Avropa Parlamentin Xarici işlər üzrə komitəsində Azərbaycan və Ermənistanla imzalanacaq sazişlərin müzakirəsi zamanı çıxış edən D. Şubel bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticələri münaqişənin həllini gözləyənlərin istədiyi kimi təsirli olmasa da, qrupun mövcudluğu eskalasiyanın qarşısını alıb və bu da özü-özlüyündə bir nailiyyətdir: "Bununla belə, son hadisələrə nəzər salanda biz anlayırıq ki, bu kifayət etmir”.

Avropa Parlamentinin digər üzvləri də cəbhə xəttindəki son gərginliklə bağlı narahatlıqlarını bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR