"AccessBank"ın rəhbəri dəyişib

"AccessBank"ın rəhbəri dəyişib
# 13 iyul 2017 09:09 (UTC +04:00)

İyulun 6-da "AccessBank"ın səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclasda bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb.

Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub. Nəticədə Müşahidə Şurasının yeni sədri və üzvü seçilib. Müşahidə Şurasının yeni sədri Yan Klasen seçilib. O, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Şuranın yeni üzv qismində isə Emre Yıldız daxil olub.


"Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdirlər və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışırlar", - deyə bankın açıqlamasında qeyd edilib.

Hazırda bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:

- Yan Klasen - sədr;

- Sayed Aftab Ahmed - üzv;

- Tomas Enqelhardt - üzv;

- Rayner Müller-Hanke - üzv;

- Emre Yıldız - üzv.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR