Bu il nəqliyyat sektorunda yükdaşıma milli valyutada 12% bahalaşıb

Bu il nəqliyyat sektorunda yükdaşıma milli valyutada 12% bahalaşıb
# 13 iyul 2017 09:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% azalıb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% artıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR