Klublarımızın AL-də mümkün rəqibləri: “Milan”, “Everton” və “Zenit”

Klublarımızın AL-də mümkün rəqibləri: “Milan”, “Everton” və “Zenit”
# 13 iyul 2017 10:46 (UTC +04:00)

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olacaq. Söhbət Avropa Liqasında çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”dən gedir. Onların yer aldığı II təsnifat mərhələsinin cütləri də tədbirə qatılacaq.

Ümumiyyətlə, püşkatmada mübarizəyə yeni qoşulacaq 25 klub və 33 cütlük iştirak edəcək. Bu 91 komandadan artıq səbətlərə də bölünüb. Cütlüklər daha reytinqli rəqibin əmsalına əsasən səpələnib-səpələnmədiyini bilib.

Güclü “Astra”ya rəqib olan “Zirə” rumıniyalıların əmsalına görə səpələnmişlərdəndi. Bu cütlüyü nisbətən asan rəqib gözləyir. Qəsəbə klubu bu mərhələni keçsə, pley-off öncəsi də münasib rəqiblə qarşılaşmaq imkanına malikdi.

“Qəbələ” – “Yagelloniya” və “İnter” – “Fola” duellərində isə Azərbaycan təmsilçisinin reytinqi daha yüksəkdi. Lakin bu əmsal onların püşkdə səpələnmiş olmasına imkan vermir. Çünki güclülərin arasında mübarizə yeni qoşulacaq komandalar arasında adlı-sanlı, sanballı klublar da yer alıb və onların əmsalı yüksəkdi.

“Qəbələ”ylə “İnter”in mümkün rəqibləri arasında II təsnifat mərhələsinin iştirakçısı olan “Qalatasaray”dan başqa “Zenit”, “Milan”, “Fənərbaxça”, “Everton”, artıq bir dəfə ölkəmizə gələn “Atletik” kimi nəhənglər də var.

Avropa Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Zenit” (Rusiya)

“Atletik” (İspaniya)

“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi

“Fənərbaxça” (Türkiyə)

“Sparta” (Çexiya)

“Milan” (İtaliya)

PSV (Hollandiya)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

PAOK (Yunanıstan)

“Krasnodar” (Rusiya)

“Bordo” (Fransa)

“Everton” (İngiltərə)

“Marsel” (Fransa)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi

“Frayburq” (Almaniya)

“Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) cütünün qalibi

“Austriya” (Avstriya)

“Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka) cütünün qalibi

“Panatinaikos” (Yunanıstan)

“Maritimo” (Portuqaliya)

“Syon” (İsveçrə)

“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi

“Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi

“Apollon” (Kipr) - “Zarya” (Moldova) cütünün qalibi

“Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi

“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi

Səpələnməmişlər

“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi

“Aleksandriya” (Ukrayna)

“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə) cütünün qalibi

“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) cütünün qalibi

“Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan) cütünün qalibi

“Olimpik” (Ukrayna)

“Ostende” (Belçika)

“Proqres” (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi

“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) cütünün qalibi

“Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka) cütünün qalibi

“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail) cütünün qalibi

“Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi

“Valletta” (Malta) - “Utrext” (Hollandiya) cütünün qalibi

“Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi

“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) cütünün qalibi

“Dinamo” (Buxarest, Rumıniya)

“Kork Siti” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi

“İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq) cütünün qalibi

“Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç) cütünün qalibi

“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya) cütünün qalibi

“Norçepinq” (İsveç) - “Trakay” (Litva) cütünün qalibi

“Universtatya” (Krayova, Rumıniya)

“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Arka” (Polşa)

“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi

“Liepaya” (Latviya) - “Suduva” (Litva) cütünün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR