SOCAR-ın Ukraynadakı törəməsinin cəriməsi ləğv olunub

SOCAR-ın Ukraynadakı törəməsinin cəriməsi ləğv olunub
# 13 iyul 2017 12:12 (UTC +04:00)

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan "SOCAR Petroleum" yarım il davam edən məhkəmə çəkişməsindən sonra Antiinhisar Komitəsinin iqtisadi rəqabətin pozulması və 2,5 mln. qrivna məbləğində cərimənin tətbiq edilməsi ilə bağlı qərarının ləğv olunmasına nail olub.


"APA-Economics" "Oilnews" agentliyinə istinadən xəbər verir ki, Kiyev şəhərinin İqtisad Məhkəməsi bununla bağlı müvafiq qərarında çıxarıb.


Söhbət Ukraynanın Antiinhisar Komitəsinin 2016-cı ilin oktyabrın 28-də çıxardığı və 7 avtomobil yanacaqdoldurma kompleksi operatoruna qarşı qaldırdığı iddiadan gedir. Məhkəmə növbəti dəfə sübut edib ki, Antiinhisar Komitəsi tərəfindən keçirilən bazar təhlili yüngül neft məhsullarının pərakəndə satış operatorlarının razılaşdırılmış fəaliyyətini iddia etmək üçün kifayət deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR