ADPU-da vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

ADPU-da vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb
# 14 iyul 2017 08:36 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. APA-nın xəbərinə görə, ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili və s. məsələlər daxildir.

Universitetin İnsan resursları şöbəsinin müdiri, dosent Avtandil Bayramov vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri haqda məruzə ilə çıxış edib.

Şöbə müdirinin sözlərinə görə, tədris olunan fənlər üzrə vakant vəzifələrin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb: "Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşı, 150 nəfəri isə digər ali məktəblərdə çalışan şəxslər olub. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri elmi dərəcəlidir".

A. Bayramov qeyd edib ki, müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutub: "Müsabiqənin nəticələrinə əsasən, qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri isə müəllimdir. Qalib gələnlərin 100 nəfəri ADPU-nun əməkdaşı, 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdir".

A. Bayramovun məruzəsi qəbul edilib.

Müsabiqədə qalib gələn 112 nəfər müəllimlə 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

İclasda digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR