Türkiyə baş nazirinin müavini: "İki yaşlı Zəhranın öldürülməsi beynəlxalq cinayətdir"

Türkiyə baş nazirinin müavini: "İki yaşlı Zəhranın öldürülməsi beynəlxalq cinayətdir"
# 14 iyul 2017 14:24 (UTC +04:00)

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir".

APA-nın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib.

N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir.

O, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olmasına da münasibət bildirib.

"Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın öldürülməsi qəbuledilməzdir. Bu, beynəlxalq cinayətdir", - deyə N. Kurtulmuş vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR