Bakıda Fransanın milli bayramı qeyd edilib

 Bakıda Fransanın milli bayramı qeyd edilib
# 14 iyul 2017 19:50 (UTC +04:00)

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai siyasi xadimlər iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşezin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə, Bakı-Tiflis-Qars dəmir yol xətti isə yükdaşımalarda Azərbaycana böyük əhəmiyyət qazandırır. Diplomatın qənaətinə görə, terrorçuluğun baş aldığı dünyada Azərbaycanın multikulturalizm məkanı olması onun mövqeyini daha da möhkəmləndirir. Səfir Azərbaycan prezidentinin Fransaya sonuncu səfərinin vacib əhəmiyyət daşıdığını da söyləyib. O.Buşez həmçinin iki ölkə arasında münasibətlərdə enerji və təhsil sahəsinin xüsusi əhəmiyyət daşıdığını da söyləyib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın Fransa ilə ikitrəfli əlaqələrə böyük önəm verdiyini deyib. O, bu günədək iki ölkə arasında 60-dan çox sənəd imzalandığını söyləyib. Ötən il ticarət dövriyyəsinin 646 milyon dollardan çox olduğunu deyən nazir müavininin sözlərinə görə, Azərbaycanda Fransa sərmayəli 55 şirkət fəaliyyət göstərir, dövlət əhəmiyyətli investisiya layihələrində Fransa şirkətləri 2 milyard dollarla təmsil olunur. O, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR