Səfir: “15 iyul çevriliş cəhdi zamanı Ərdoğana ilk zəng edən ölkə başçılarından biri İlham Əliyev olub”

Səfir: “15 iyul çevriliş cəhdi zamanı Ərdoğana ilk zəng edən ölkə başçılarından biri İlham Əliyev olub”
# 15 iyul 2017 11:14 (UTC +04:00)

“Bu gün 1 il öncə xain terrorda şəhid olmuş insanların ruhunu yad etməyə yığışmışıq. Onlar vətən uğrunda canlarından keçdilər. Bizim şəhidlərimiz sizin şəhidlərinizdir. Eynilə sizin şəhidləriniz də bizim şəhidlərimizdir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 15 iyul çevriliş cəhdi zamanı Türkiyə prezidentinə ilk zəng edən ölkə başçılarından biri Azərbaycan prezidenti İlham Əliyev olub: “Balaca Zəhranın faciəli ölümündə də Türkiyə dövlətinin başçısı Azərbaycan prezidentinə zəng vuraraq başsağlığı verib. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR