Bakı sakini bıçaqlanaraq öldürülüb

Bakı sakini bıçaqlanaraq öldürülüb
# 17 iyul 2017 04:31 (UTC +04:00)

Bakıda qətl törədilib.

APA-nın məlumatına xəbərinə görə, qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR