Bu il korrupsiya cinayətləri ilə bağlı vurulan ziyanların 28 faizi ödənilib

Bu il korrupsiya cinayətləri ilə bağlı vurulan ziyanların 28 faizi ödənilib
# 17 iyul 2017 08:32 (UTC +04:00)

2017-ci ilin birinci yarım ili ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12,804,958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3,612,243 manat və ya 28,2 faiz ödənilməsi təmin edilib.

APA-nın xəbərinə görə, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR