Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
# 17 iyul 2017 09:44 (UTC +04:00)

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə yolun Tovuz rayonunun Əyyublu kəndidən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən Əyyublu kənd sakini, 29 yaşlı Əsgərov Taleh Saleh oğlunu vurub.

Piyada hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR