İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 17 iyul 2017 09:55 (UTC +04:00)

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR