İstirahət günləri yol qəzalarında bir nəfər ölüb, 24 nəfər xəsarət alıb

İstirahət günləri yol qəzalarında bir nəfər ölüb, 24 nəfər xəsarət alıb
# 17 iyul 2017 10:52 (UTC +04:00)

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İyulun 16-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR