Bakı və Qusarda oğurluq edən şəxslər saxlanılıb

Bakı və Qusarda oğurluq edən şəxslər saxlanılıb
# 17 iyul 2017 11:03 (UTC +04:00)

Bakı və Qusarda oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonu 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisində "Fiat" markalı avtomobildən 4.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əşrəfov tutulub.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-nə keçən gecə Hil kəndi ərazisindəki kafelərdən birindən 20 manat, mağazalardan birindən isə 188 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən kənd sakini Dadaşbala Mürşüdov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 15-də kənd ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyənləşib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR