DMX rəisi: "Azərbaycana səfər edən əcnəbilərin sayı artıb"

DMX rəisi: "Azərbaycana səfər edən əcnəbilərin sayı artıb"
# 17 iyul 2017 12:26 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin I yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. DMX-dan APA-ya verilən məlumata görə, Xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar: “Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.

F. Nəbiyevin sözlərinə görə, 2017-ci ilin I yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb: “Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR