Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir

Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir
# 17 iyul 2017 13:02 (UTC +04:00)

Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir.


"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, yeni piyada keçidləri sözügedən yolun 1,8, 2,7 və 4,4-cü km-lik hissələrində yerləşir.

Keçidlərin hər birinin uzunluqları 41,2 metr, qalereyasının eni 3,8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5,7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

Aparılan işlər çərçivəsində hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Keçidlərin tikintisi ilə həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR