Ağstafada canavarlar kəndə hücum edib

Ağstafada canavarlar kəndə hücum edib
# 17 iyul 2017 13:49 (UTC +04:00)

Ağstafa rayonunda canavarlar kəndə hücum edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Camal Vəliyevin bildirib ki, qoyunlardan 15-i ölüb, 14-nə isə yırtıcılar xəsarət yetirib.

Kənd sakinləri bildirib ki, canavarlar kəndə əvvəllər də hücum ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR