Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb
# 17 iyul 2017 14:10 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,3% artaraq 520,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 459,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 387,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 710,4 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR