Azərbaycanda benzin istehsalı 8% artıb, dizel istehsalı 16% azalıb

Azərbaycanda benzin istehsalı 8% artıb, dizel istehsalı 16% azalıb
# 17 iyul 2017 14:33 (UTC +04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 330,4 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,3% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 7,7% (297,5 min ton), yanacaq mazutunun istehsalı 38% (241,3 min ton), dizel yanacağının istehsalı 16,4% (958,7 min ton) azalıb.

Hesabat dövründə 618 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 8% çoxdur.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə iyulun 15-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR