Mingəçevirdə kirayə verilən mənzil yanıb

 Mingəçevirdə kirayə verilən mənzil yanıb
# 17 iyul 2017 14:40 (UTC +04:00)

Mingəçevirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:30 radələrində Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 28 saylı mənzildə yanğın olub. Əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

İki otaqlı evin bir hissəsi yansa da, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Məlumata görə, hadisə zamanı həmin mənzildə kirayə yaşayan 1994-cü il təvəllüdlü Rüfanə Quliyeva evdə olmayıb. Hadisə barədə yanğınsöndürənlərə qonşular məlumat verib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR