Azərbaycanda minik avtomobillərinin istehsalı 62,5% azalıb

Azərbaycanda minik avtomobillərinin istehsalı 62,5% azalıb
# 17 iyul 2017 14:42 (UTC +04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 131,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,8% artıb.

Altı ay ərzində fəvvarə armaturunun istehsalı 99,3%, ştanqlı quyu nasoslarının istehsalı 5,8%, minik avtomobillərinin istehsalı 62,5% azalıb, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,7 dəfə, traktorların istehsalı 2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR