Manatın iyun üzrə orta məzənnəsi

Manatın iyun üzrə orta məzənnəsi
# 17 iyul 2017 15:30 (UTC +04:00)

Dövlət Statistika Komitəsi Azərbaycan manatının iyun ayı üzrə orta məzənnəsini açıqlayıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,74) manata, 1 avroya qarşı 1,91 manata (1,88), 100 rus rublu ilə müqayisədə 2,94 manata (3,00) bərabər olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 18-nə USD/AZN rəsmi məzənnəsini 1,7022 səviyyəsində müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR