Kukla teatrı mövsümü başa vurub

Kukla teatrı mövsümü başa vurub
# 17 iyul 2017 16:26 (UTC +04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurub.

APA-nın məlumatına görə, bu münasibətlə təntənəli mərasim keçirilib.

Teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri təqdim olunub.

Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə 85-ci mövsümdə teatrın əldə etdiyi uğurlardan bəhs edib.

O bildirib ki, mövsümdə bir sıra uğurlara imza atan teatrın kollektivi iki beynəlxalq festivalda - XI Beynəlxalq “Muraveynik” və “Orteke” V Beynəlxalq Kukla Teatrları fesivallarında yüksək mükafatlar qazanıb.

Mövsüm ərzində teatr 6 yeni tamaşa təhvil verib.

Bundan başqa, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək ifaçılıq nominasiyasında birinci, “Əlimdən tut” adlı ifa ilə isə festivalın mahnı nominasiyasında ikinci olublar.

Mərasimdə il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan bir neçə media təmsilçisi Milli Mətbuat Günü ərəfəsində “Teatrın dostu” mükafatı ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR