Komandor adaları yaxınlığında 7,4 bal gücündə zəlzələ olub, sunami təhlükəsi var

Komandor adaları yaxınlığında 7,4 bal gücündə zəlzələ olub, sunami təhlükəsi var
# 18 iyul 2017 02:35 (UTC +04:00)

Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 233 km aralıda, ocağı isə 48 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Reuters agentliyi 300 kilometr radiusda sunami təhlükəsinin ola biləcəyi barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR