“Dəniz kuboku”nun iştirakçıları arasında mini-futbol yarışı keçirilib

“Dəniz kuboku”nun iştirakçıları arasında mini-futbol yarışı keçirilib
# 10 avqust 2017 10:47 (UTC +04:00)

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi, Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.

Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.

Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb.

Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər.

Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR