Liviyanın baş naziri və general Xaftar Moskvaya səfər edəcək

Liviyanın baş naziri və general Xaftar Moskvaya səfər edəcək
# 11 avqust 2017 19:42 (UTC +04:00)

Avqustun 12-də Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərrac və Milli Ordunun komandanı Xəlifə Xaftar Moskvaya səfər edəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in Liviya üzrə xüsusi nümayəndəsi Lev Denqov bəyan edib.

Onun sözlərinə görə, Moskvada keçirilən görüşlərdə Liviyada münaqişə tərəfləri arasında barışıq, terror qruplaşmalarına qarşı mübarizə və Liviya ərazisindən Avropaya keçməyə cəhd edən qeyri-qanuni miqrantlarla bağlı məsələlər müzakirə olunacaq. L. Denqov həmçinin hərbi əməkdaşlıq məsələlərinə də toxunulacığını istisna etməyib.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Bu ilin iyulunda tərəflər 2018-ci ildə Liviyada seçkilərin keçiriləcəyinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR